“Nyukasl” yarımmüdafiəçisi Bruno Gimarayeşlə bağlı “Arsenal”dan gələn ilk rəsmi təklifi geri çevirib.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, “sağsağanlar” braziliyalı futbolçunun transferi üçün “topçular”ın göndərdiyi ilk rəsmi təkliflə razılaşmayıb.
İndi London klubu təklifini artırıb-artırmayacağına qərar verməlidir.
“Nyukasl” rəhbərliyi 28 yaşlı yarımmüdafiəçini komandada saxlamaqda maraqlıdır və onun satışına tələsmir.
Daha əvvəl “Arsenal”ın Gimarayeşin transferi üçün 70 milyon+10 milyon avro bonus şərtləri ilə razılıq əldə etdiyi barədə xəbərlər yayılmışdı.
Digər məlumata görə isə, London təmsilçisi futbolçu üçün 77 milyon avro və bonuslar təklif edib.
