Moldova millisində 4 qol vurdu, “Kəpəz”in yolunu tutdu

18:00 Kəpəz 169
Moldova millisində 4 qol vurdu, “Kəpəz”in yolunu tutdu

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi moldovalı yarımmüdafiəçi Viktor Stinanın keçidini rəsmiləşdirib. 28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Son olaraq ölkəsində “Zimbru”unun formasını geyinən Viktor Stina millidə də çıxış edib. O, Moldova yığmasının heyətində keçirdiyi 30 oyunda 4 qol vurub.

"Kəpəz" bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Urfan Abbasov və Kennet Kalunqanı da heyətinə cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti