Azərbaycan velosipedçisi Çində uğurlu nəticə göstərdi

4 Avqust 03:40 Atçılıq 431
Azərbaycan velosipedçisi Çində uğurlu nəticə göstərdi

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığmasının üzvü Viktoriya Sidorenko Çində "Pardus MK Women"s Cycling Team" komandasının heyətində "Xinjiang Production and Construction Corps" beynəlxalq turnirində uğurla çıxış edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.

İkigünlük yarışın birinci mərhələsində bütün rəqiblərini qabaqlayan idmançı növbəti gün fəxri kürsünün üçüncü pilləsinə qalxıb və ümumi təsnifatda 1-ci yeri tutub.

V.Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesi keçir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi