“Neftçi”nin qarşısında geri çəkildik, qərar verdik ki...”

09:20 Neftçi 168
“Neftçi”nin qarşısında geri çəkildik, qərar verdik ki...”

Minsk “Dinamo”sunun baş məşqçisi Aleksandr Şaqoyka Konfrans Liqasında “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Növbəti mərhələyə yüksəldiyimizə görə şadıq. Bu, komanda üçün özünəinam baxımından böyük addımdır.

Oyuna gəlincə, ilk hissə bizim üçün fəlakətli oldu. Qol buraxdıq, rəqibin daha bir neçə şansı oldu.

Ancaq fasilədən sonra toparlandıq və oyunu bərabərləşdirə bildik. “Neftçi”nin daha çox təzyiq edəcəyini bilirdik.

Geri çəkildik, şansımızı gözləməyə qərar verdik. Təəssüf ki, qol vura bilmədik, amma mərhələ adladığımız üçün şadam”.

“Neftçi” iki oyunun nəticəsinə görə (2:4, 1:0) Konfrans Liqasına vida edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 09:40 Bəlkə də…