"Qarabağ"ın bitməyən hücumçu hekayəsi - Yeni ad, köhnə söhbət

19:00 Qarabağ 248
"Qarabağ"ın bitməyən hücumçu hekayəsi - Yeni ad, köhnə söhbət

İllər dəyişsə də "Qarabağ"la bağlı bəzi söz-söhbətlər olduğu kimi yerində qalır.

Söhbət hücum xəttindəki dəyişikliklərdən gedir.

Hələ illər əvvəl Reynaldo klubu tərk edəndən sonra uzun müddət xatırlandı.

"Qarabağ" bir də çətin belə "qol silahı" tapar deyildi, yazıldı.

Eyni söhbətlər Dino Ndlovu, İbrahima Vadji, Olavio Juninyo və ən son Camilo Duranın gedişindən sonra edilib.

Hər dəfə yeni gələn ilk günlər tənqid olunur, köhnələr isə nostalji hisslərlə xatırlanır.

Bu gün bənzər taleyi Zakaria Savo yaşayır.

Qambiyalı forvard yayda kluba qoşulub.

Yoxlama görüşlərində qolları sıraya düzdü.

Avropa Liqasının birinci təsnifat mərhələsində "Vestri" ilə matçlarda da məhsuldarlığını davam etdirdi.

Amma 26 yaşlı yeni transfer CSKA ilə son iki görüşdə fərqlənə bilmədi.

Elə iddialar da bundan sonra cücərməyə, yayılmağa başladı.

Ki, Savodan Juninyo olmaz.

Maraqlıdır, onun taleyi necə olacaq?

O da Ndlovu, Juninyo, İbrahima Vadji, Camilo Duran kimi xələfini unutdurmaqla Qurbanovun üzünü ağ edə biləcəklərmi?

Bu gün üçün nəsə demək bəlkə də çətindir, amma keçmiş təcrübə "növbəti Juninyo, Duran gəlir" deyir.

Gözləyək, görək bu dəfə kim haqlı çıxacaq - Qurbanov, yoxsa kütlə?

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti