"Neftçi" rəhbərliyi əsas komanda ilə bağlı təcili araşdırmaya başlayıb.
Bu qərar təsadüfən verilməyib. Avrokuboklara erkən vida yönətimi belə bir iş görməyə vadar edib.
Belə ki, "ağ-qaralar" 3 ildən sonra qayıtdığı qitə arenasında fiaskoya uğrayıb. Yuri Vernidubun çalışdırdığı kollektiv Konfrans Liqasının ikinci mərhələsində Minsk "Dinamo"suna "ələnib".
Belarusdan olan rəqibinə Bakıda 2:4 hesabıyla uduzan "Neftçi" dünən Bolqarıstanda keçirilən cavab görüşünü 1:0 qazansa da, mübarizəni dayandırıb.
Klubun başında dayanan şəxsləri məyus edən yalnız bu deyil. Bu yay düşərgəyə qoşulmuş legionerlərin oyunu onlarda şübhə yaradb.
Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya) və Lyubomir Tupta (AEL, Yunanıstan) səviyyyəsi ilə müsbət mənada fərq yaratmayıb. Əksinə, onların aşağı klassı beyinlərdə bir sıra suallar əmələ gətirib.
Görəsən, bu əcnəbilər bura niyə və hansı məqsədlə gətirilib?
Hazırda bunun araşdırması gedir. Adlarını çəkdiyimiz legionerlərin real qiyməti, kimlərin vasitəsilə komandaya cəlb olunması və bu konteksdə digər məqamlar incələnməkdədir.
SPORTİNFO.AZ

