"Konfrans Liqasındası komandalar daha asandır.
Amma ötən mövsümə nəzər salsaq, "Dinamo" bu turnirin qrup mərhələsinə vəsiqə qazansa da, 36 komanda arasında 27-ci yeri tutub. Bu barədə başqa heç nə deməyə ehtiyac yoxdur".
Sportinfo.az xəbər verir ki, bu sözləri ukraynalı mütəxəssis Miron Markeviç Meta.ua saytına müsahibəsində deyib.
Ukrayna millisinin keçmiş baş məşqçisi Kiyev təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmasından da danışıb. O bildirib ki, "Dinamo" "Qarabağ"ı keçməlidir:
"Qarabağ" mütləq məğlub edə biləcəyimiz və etməli olduğumuz rəqibdir. Amma yenə də, bu cür oyunla bu matçda problemlər yarana bilər.
Diqqətimizi cəmləməliyik. Bunu zaman göstərəcək. İndiyə qədər "Dinamo" ilə bağlı yalnız məyusluqlar olub".
“Dinamo” ilə “Qarabağ” arasında ilk oyun avqustun 6-da Polşanın Lublin şəhərində, cavab matçı həmin ayın 13-də Bakıda keçiriləcək.
