“Neftçi”də ÜÇ PROBLEM - Heç kim bunlardan danışmır...

22:20 Neftçi 191
“Neftçi”də ÜÇ PROBLEM - Heç kim bunlardan danışmır...

“Neftçi”nın avrokuboklara qayıdışı qısa alındı.

Konfrans Liqasında mübarizəyə ikinci mərhələdən qoşulan “ağ-qaralar”ın yolunu Minsk “Dinamo”su kəsdi.

Bakıda qeydə alınan 2:4 hesablı məğlubiyyət cütün taleyini müəyyənləşdirdi.

Bolqarıstdanda keçirilən cavab görüşündə 3 üç əsas problem diqqəti cəlb etdi.

BİRİNCİSİ: “Neftçi” struktur baxımından sabit görünmədü. Hücum zamanı müdafiəçilər və dayaq yarımmüdafiəçiləri arasında məsafələr böyüyürdü. Top itirilən kimi əks-pressinq işləmirdi və “Dinamo” bir neçə ötürmə ilə təhlükəli vəziyyət yarada bilirdi. Müasir futbolda topa sahib olmaq kifayət etmir, topu itirdikdən sonrakı ilk 5-8 saniyə daha vacibdir və “Neftçi” məhz bu mərhələdə rəqibə çox imkan verdi.

İKİNCİSİ: Fərdi səhvlərin sayı yüksək idi. Dörd buraxılan qolun əksəriyyətində təkcə taktiki problem yox, həm də fərdi qərarvermə səhvləri görünürdü. Müdafiə xəttində koordinasiya pozulur, ikinci toplar itirilir, cərimə meydançasında oyunçular arasında məsafə artırdı. Bu isə avrokubok səviyyəsində çox ağır cəzalandırılır. Maraqlı olardı ki, klubun analitik şöbəsi bu iki oyundan sonra hansı nəticələr çıxarıb. Müasir futbolda videoanaliz və statistika artıq ayrılmaz hissədir. Analitiklər adətən komandanın topa sahibolma faizi, keçid fazalarının keyfiyyəti, yüksək pressinq epizodları, top itkiləri, cərimə meydançasına daxilolmalar, xG, qaçış həcmi, yüksək intensivlikli qaçışlar (HSR), sprintlərin sayı, sürət zonaları və futbolçuların fiziki yüklənməsi kimi göstəriciləri təhlil edirlər. Məhz bu məlumatlar məşq prosesinin və oyun modelinin düzgün istiqamətdə inkişaf edib-etmədiyini göstərir.

ÜÇÜNCÜSÜ: Heyət hələ tam formalaşmayıb. Yay transfer dövründə çoxlu yeni futbolçu cəlb olunub və bu heyətin bir-birini tam anlaması üçün zamana ehtiyac var. Fərqli çempionatlardan gələn oyunçuların eyni oyun modelinə uyğunlaşması qısa müddətdə mümkün olmur. Bu səbəbdən kollektiv əlaqələrin hələ tam oturuşmadığı hiss olunur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti