“Neftçi”də ali rəhbərlik toplaşdı, fövqəladə iclas keçirdi, günahkarlar… SON DƏQİQƏ

19:00 Neftçi 461
“Neftçi”də ali rəhbərlik toplaşdı, fövqəladə iclas keçirdi, günahkarlar… SON DƏQİQƏ

Bir qədər öncə «Neftçi»də fövqəladə iclas keçirilib.

Toplantı klubun Bakıxanov qəsəbəsində yerləşən bazasında təşkil olunub.

İki saata yaxın davam edən yığıncaq Müşahidə Şurasının (MŞ) bəzi üzvlərinin iştirakıyla baş tutub.

Burada komandanın Konfrans Liqasıyla erkən vidalaşması müzakirəyə çıxarılıb, uğursuzluğun səbəbləri ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif ehtimallar üzərində dayanılıb.

Klubun idarəçilərinin fəaliyyəti, gördüyü transfer işləri şura təmsilçiləri tərəfindən bəyənilməyib. Yayda alınan yeni futbolçuların «Neftçi»nin səviyyəsinə uyğun gəlmədiyi, komandanın zəif çıxışında «pay» sahibi olduqları vurğulanıb.

Diqqətə çatdırılıb ki, kollektivə hər cür şərait yaradılıb, məşqçi və futbolçuların bütün istəkləri yerinə yetirilib, bütün bunların qarşılığında nəticə yoxdursa, azarkeşlər məyusdursa, mütləq günahkarlar tapılıb üzə çıxarılmalı, müvafiq cəza tədbirləri görülməlidir.

Bakılılar Konfrans Liqasının ikinci təsnifat mərhələsində çıxışını dayandırıb. Minsk «Dinamo»su ilə Bakıda keçirilən ilk oyun 2:4 hesablı məğlubiyyətlə nətticələnib.

Belaruslular Bolqarıstandakı cavab görüşündə uduzsa da (0:1), daha yaxşı top fərqinə görə mərhələ adlayan tərəf olub.

Qatıldığı yarışda qrup mərhələsinədək irəliləmək hədəfi ilə yola çıxan «ağ-qaralar» beləcə, məqsədinə doğru heç bir addım ata bilməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti