Saytımızın məlumatı təsdiqləndi - Nəriman karyerasını Türkiyədə davam etdirəcək

4 Avqust 00:50 Bizimkilər 485
Saytımızın məlumatı təsdiqləndi - Nəriman karyerasını Türkiyədə davam etdirəcək

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyə Superliqası təmsilçisi "Ərzurumspor"da davam etdirəcək.

Klubun mətbuat xidməti Sportinfo.az-ın yaydığı məlumatı təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/gundem/256246.html).

22 yaşlı forvardla ilkin razılıq əldə olunub. O, Türkiyəyə gəldikdən və tibbi müayinədən uğurla keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan "Kolambus Kryu"ya (ABŞ) transfer olunub. O, MLS təmsilçisinin heyətində fərqlənə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM