Millimiz Latviya və Belarus ilə yoxlama oyunları keçirməyi planlaşdırır

4 Avqust 07:10 Voleybol 403
Millimiz Latviya və Belarus ilə yoxlama oyunları keçirməyi planlaşdırır

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda keçir.

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, komandanın Bakıdakı təlim-məşq toplanışı çərçivəsində Latviya və Belarus yığmaları ilə yoxlama oyunları keçirməsi də planlaşdırılır.

2026-cı il Avropa çempionatının C qrupunun oyunları Bakıda təşkil olunacaq.

Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Oyunlar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM