Bu gün I Liqada 2026-2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL prezidenti Elxan Səmədov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak ediblər.
10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin I və XIX turlarının (III dövrənin) püşkləri atılıb.
3 sentyabr tarixində start götürəcək yeni mövsümün I və XIX turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:
I tur
MOİK – “Şahdağ Qusar”
“Şimal” – “Cəbrayıl”
“Xankəndi” – “Səbail”
“Mingəçevir” – “Zaqatala”
“Baku Sportinq” – “Karvan-Yevlax”
XIX tur
“Mingəçevir” – “Xankəndi”
“Şahdağ Qusar” – “Zaqatala”
“Baku Sportinq” – “Səbail”
“Şimal” – MOİK
“Cəbrayıl” – “Karvan-Yevlax”
