“Erzurumspor” azərbaycanlı hücumçu Nəriman Axundzadənin transferini elan edib.
Türkiyə klubu onunla razılıq əldə olunduğunu bildirib.
Klubun yaydığı rəsmi məlumatda qeyd olunur ki, Nəriman Axundzadə Ərzuruma gəldikdən və tibbi müayinədən uğurla keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
N.Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.
Onun Super Liqa təmsilçisi ilə bağlı ilk xəbəri Sportinfo.az yayıb (https://www.sportinfo.az/idman_xeberleri/gundem/256246.html)..
