“Sabah”ın yeni transferi Kristian Nvaçukvu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarka klubu “Orhus”la oyunları buraxa bilər.
Sportinfo.az xəbər verir ki, buna səbəb nigeriyalı vingerin hələ də bu turnir üçün sifariş olunmamasıdır.
Bundan əlavə, 20 yaşlı oyunçunun transferi üçün İngiltərə təmsilçisi “Şeffild Yunayted”ə ödənilən məbləğ də müəyyənləşib.
Britaniya mətbuatının iddiasına görə, Nvaçukvunun satışı “Şeffild Yunayted”ə 600 min avro qazandırıb.
Kristian Nvaçukvu “Sabah”la 3 illik müqavilə imzalayıb.
