“Neftçi”nin oyunçuları dünya çempionatına qəlyan çəkə-çəkə baxıblar”

00:30 Neftçi 110
“Neftçi”nin oyunçuları dünya çempionatına qəlyan çəkə-çəkə baxıblar”

Minsk “Dinamo”sunun sabiq qapıçısı Aleksandr Qutor Konfrans Liqasının II təsnifat mərhələsində doğma komandasının “Neftçi”yə qarşı keçirdiyi oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Belarus millisinin keçmiş qolkiperi Azərbaycan təmsilçisinin Bakıdakı çıxışına təəccübləndiyini gizlətməyib.

2020-ci ildə Yuri Vernidubun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış 37 yaşlı futbolçu “Neftçi”nin 2:4 hesablı məğlubiyyətinə maraqlı şərh gətirib.

“Yuri Vernidubun rəhbərliyi altında birlikdə çalışdığımız “Şaxtyor”da futbolçular adətən mövsümə həmişə yaxşı hazır olurdular.

Xüsusilə fiziki cəhətdən. Mövsümöncəsi hazırlıq çox keyfiyyətli keçirdi. Amma burada “Neftçi” artıq 25-ci dəqiqədə fiziki baxımdan gerilədi.

Bəlkə doğrudan da, dünya çempionatına qəlyan çəkə-çəkə baxıblar. Belə məlumatlar da yayılmışdı, elə deyilmi?

“Dinamo” isə 10-cu dəqiqədən sonra oyuna tam qoşuldu. Həm Vardanyan, həm Malaşeviç, ümumiyyətlə, hamı. Matç yüksək səviyyədə keçdi, atmosfer də buna uyğun idi”, – deyə Qutor söyləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 İyul 18:10 Çək və bizə göndər!
31 İyul 09:40 Bəlkə də…