“Növbəti mərhələyə adlayan tərəf biz olacağıq” - “Sabah”ın baş məşqçisi

00:30 Sabah 132
“Növbəti mərhələyə adlayan tərəf biz olacağıq” - “Sabah”ın baş məşqçisi

"Sabah" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarkada "Orhus" un qonağı olacaq.

Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis komandasının hazırlıq durumu və rəqib barədə danışıb:

"Burada olmaqdan böyük qürur duyuruq. Çünki bu mərhələdə çıxış etmək hər komandaya nəsib olmur.

Sabahkı oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq.

Bilirik ki, istər komanda oyunu, istərsə də fərdi keyfiyyətlər baxımdan çox güclü kollektivlə üz-üzə gələcəyik.

Səfər oyununda rəqibin həm güclü, həm də zəif tərəflərini nəzərə alıb, öz üstünlüklərimizdən maksimum istifadə edərək qalib gəlməyə çalışacağıq.

İnanıram ki, futbolçularım hazırlıq prosesində diqqət yetirdiyimiz hər bir xırda detalı meydanda düzgün icra edəcəklər.

Təbii ki, bu mərhələ iki oyundan ibarətdir. İlk matç sabah oynanılacaq, cavab qarşılaşması isə Bakıda baş tutacaq.

İnanıram ki, doğma meydanda azarkeşlərimizin qarşısında əlimizdən gələnin ən yaxşısını edərək yekun nəticədə növbəti mərhələyə adlayan tərəf biz olacağıq".

“Orhus” - “Sabah” matçı avqustun 5-də Randers şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cavab matçı isə avqustun 11-də Bakıda keçiriləcək və saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Avqust 18:10 Çək və bizə göndər!
4 Avqust 03:00 Toy olacaq, toy!