Toy olacaq, toy!

03:00 Hadisə 68
Toy olacaq, toy!

Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo ilə Corcina Rodriqesin toyunda iştirak edəcək məşhurların bəzilərinin adları məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, avqustun 8-də Madeyrada keçiriləcək toy mərasiminə UFC-nin sabiq çempionları Konor Makqreqor və Həbib Nurməhəmmədov, musiqiçilər Dreyk, Rihanna və Cennifer Lopez, bloqer IShowSpeed, həmçinin teleaparıcı Pirs Morqan dəvət olunub.

Toy mərasimi Funşal kilsəsində keçiriləcək, şənlik isə 5 ulduzlu "Savoy Palace" otelində baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti