“Neftçi”nin baş məşqçisi bu vəziyyətdən çıxmaq üçün nə etməlidir?

14:40 Neftçi 120
“Neftçi”nin baş məşqçisi bu vəziyyətdən çıxmaq üçün nə etməlidir?

Son günlər Kenan Piriç ətrafında yayılan xəbərlər “Neftçi”də ümumi atmosferlə bağlı müzakirələri artırıb.

Mətbuatda qapıçının menecerinə istinadən yayılan məlumatlarda komanda daxilində qeyri-müəyyənlik, bəzi qərarların peşəkar şəkildə idarə olunmaması və sabitliyin olmaması barədə fikirlər səsləndirilib.

Bununla yanaşı, bu iddiaların klub tərəfindən rəsmi şəkildə təsdiqlənmədiyini də qeyd etmək vacibdir. Buna görə həmin açıqlamaları fakt kimi deyil, bir tərəfin mövqeyi kimi qiymətləndirmək daha düzgündür.

Əgər bu iddialar həqiqəti əks etdirirsə, problem təkcə meydandakı nəticələr deyil. Belə vəziyyət oyunçuların psixoloji hazırlığına, qərarverməsinə və kollektiv daxilində etimada birbaşa təsir göstərir.

Avrokuboklarda uğur qazanan komandaların əsas xüsusiyyətlərindən biri sabit idarəetmə və aydın daxili iyerarxiyadır. Bu baxımdan “Neftçi”nin hazırda müəyyən çətinliklər yaşadığı hiss olunur.

Çıxış yolu? Yuri Vernidub Premyer Liqaya bosniyalı qapıçı ilə başlamalıdır.

Onsuz da, balkanlı belə tezliklə çıxıb gedən deyil. Getmək istəyən indiyə qədər çıxıb gedərdi.

Gələn ilin iyununadək - müqavilə müddəti bitənədək buradadır. Piriç ölkə çempionatını ehtiyat skamyasından izləmək istəyəcək, narazılıq bildirəcək, səs-küy qoparacaq.

Bu, baş məşqçinin başını ağrıdacaq, gərək ehtiyatlı tərpənsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti