FİFA prezidenti Trampdan dəstək istəyəcək - Vəzifəsində qalmaqdan ötrü

01:30 Dünya futbolu 71
FİFA prezidenti Trampdan dəstək istəyəcək - Vəzifəsində qalmaqdan ötrü

FİFA-nın rəhbəri Canni İnfantino namizədliyi ətrafında artan təzyiqlər fonunda ABŞ prezidenti Donald Trampın administrasiyasından dəstək istəməyə hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İnfantino bu gün Tramp administrasiyasının üzvləri ilə telefon danışığı aparacaq.

Son günlər FİFA-nın prezidentinin mövqeyi zəifləyib. Uels Futbol Assosiasiyası artıq 2027-ci il prezident seçkilərində İnfantinonun namizədliyini dəstəkləməkdən imtina edib,

İngiltərə Futbol Assosiasiyası isə analoji qərarla bağlı məktub hazırlayıb.

Bundan əlavə, UEFA-nın turnirlərin kommersiya hüquqlarındakı payın özəl investorlara satılması layihəsinə görə FİFA-ya qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirdiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Avqust 17:30 Çək və bizə göndər!