21 yaşlı bu rusu da toyuna dəvət etdi - FOTO

03:00 Hadisə 103
21 yaşlı bu rusu da toyuna dəvət etdi - FOTO

Rusiyalı “Counter-Strike 2 eSports” oyunçusu İlya “m0NESY” Osipov (“Team Falcons” komandasının snayperi) portuqaliyalı futbolçu Kriştiano Ronaldonun onu toyuna dəvət etdiyini iddia edib.

Sportinfo.az xəbər verir ki, Osipovun sözlərinə görə, beşqat “Qızıl top” mükafatçısının toyu onun iştirak edəcəyi turnirlə eyni vaxtda baş tutacaq.

“O, məni dəvət etdi. Ronaldo mənim dostumdur. Biz 2025-ci il Dünya Kubokunda (Səudiyyə Ərəbistanında keçirilən Kiberidman üzrə Dünya Kuboku) tanış olmuşuq.

Amma məsələ burasındadır ki, Ronaldonun toyu zamanı turnir keçirilir. İndi müəyyən etməliyəm: prioritet Ronaldonun toyudur, yoxsa turnir?”, – 21 yaşlı “m0NESY” yazıb.

Daha əvvəl media Kriştiano Ronaldo ilə Corcina Rodrigesin 8 avqustda Madeyra adasında evlənəcəyi barədə məlumat vermişdi.

Ronaldo 21 yaşlı bu rusu da toyuna dəvət edib – FOTO
Digər Xəbərlər
Xəbər Lenti
4 Avqust 03:00 Toy olacaq, toy!