"Sabah" avrokuboklarda əla çıxış edir.
Ardıcıl 4 görüşdə qələbə qazanan "bayquşlar" yoluna Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində davam edir.
Artıq minimum hədəf yerinə yetirilib. Kollekiv ən pis halda Konfrans Liqasının liqa mərhələsində çıxış edəcək.
Amma niyəsə buna da dil uzadanlar, əldə olunan uğuru kiçiltməyə çalışanlar var.
Dünənə qədər hamı bir ağızdan "Qarabağ" xaric digər klublarımızı qınayırdı.
Ki, Kosovo, Cəbəllütariq kimi ölkələrin klubları liqa mərhələsində çıxış edir, bəs siz niyə ora gedə bilmirsiniz?
İndi "Sabah" gedib də...
Qınamasını, tənqid etməsini bildiyimiz kimi, təqdir etməsini də bacarmalıyıq axı.
Dünənki nəticələr arzuolunan deyildi.
Bu gün isə hər şey tam tərsinədir.
Nəticə müsbətə dəyişirsə, münasibət də eyni şəkildə yer dəyişməlidir.
Bax, bunun adı onda olar ədalət.
XANOĞLAN/ SPORTİNFO.AZ
