“İmişli” Qəbələdə darmadağınla qələbə qazandı

4 Avqust 02:10 Qəbələ 654
“İmişli” Qəbələdə darmadağınla qələbə qazandı

Yeni mövsümə hazırlıq çərçivəsində "Sumqayıt" və "İmişli" Qəbələdə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, matç İmişli təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Sumqayıt" buna qədər keçirdiyi sınaq matçlarında "Qəbələ" (1:1) və "Kəpəz"lə (0:0) heç-heçə edib, "Şamaxı"ya 2:0 hesabı ilə qalib gəlib.

"İmişli" isə "Şəfa" (2:2), “Araz Naxçıvan”(2:2), "Karvan-Yevlax" (1:1) və "Qəbələ" ilə heç-heçə edib, “Qarabağ-2”yə isə 5:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO