“Zirə” - Nəticə məyusedici olsa da, inkişaf istiqaməti dəyişmir

4 Avqust 23:40 Zirə 93
“Zirə” - Nəticə məyusedici olsa da, inkişaf istiqaməti dəyişmir

“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində Estoniya “Payde”sinə qarşı iki oyunun yekununda mübarizəni dayandırdı.

İlk görüşdə səfərdə 0:1 hesabı ilə məğlub olan Rəşad Sadıqovun komandası cavab qarşılaşmasında erkən hesabı açsa da, üstünlüyünü qoruya bilmədi və oyun 1:1 hesabı ilə başa çatdı.

Beləliklə, “Zirə” ümumi hesabda 1:2 uduzaraq avrokuboklarla vidalaşdı.

Bu nəticə gözlənilməz sayıla bilər. Çünki son iki mövsümdə “Zirə” Avropada ən intizamlı və ən stabil Azərbaycan komandalarından biri kimi yadda qalmışdı.

Rəşad Sadıqovun komandası əsasən kompakt müdafiəsi, düzgün bloklararası məsafə, sürətli keçid hücumları və standart vəziyyətlərdə effektivliyi ilə seçilirdi.

Xüsusilə rəqibə az qol imkanı verməsi və oyunun tempini idarə etməsi “Zirə”nin əsas üstünlükləri idi.

Lakin “Payde” ilə hər iki oyunda fərqli mənzərə ortaya çıxdı. “Zirə” topa daha çox nəzarət edən, daha çox hücum quran və daha çox qol epizodu yaradan tərəf idi.

Buna baxmayaraq, komanda yaratdığı imkanlardan kifayət qədər istifadə edə bilmədi.

Futbolda bəzən oyuna nəzarət etmək kifayət etmir, əsas göstərici qol vurmaqdır və “Zirə” məhz son toxunuşlarda lazım olan effektivliyi göstərə bilmədi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Avqust 18:10 Çək və bizə göndər!
4 Avqust 03:00 Toy olacaq, toy!