“Özü “Qarabağ“a gəlməyi çox istədi, yaxşı perspektivi var“

14:00 Qarabağ 1 044
“Özü “Qarabağ“a gəlməyi çox istədi, yaxşı perspektivi var“

Pakistanın 17 yaşadək futbolçulardan ibarət komandasının kapitanı Əbdül Səməd karyerasını Azərbaycanda davam etdirəcək.

Gənc yarımmüdafiəçi “Qarabağ”la anlaşıb.

8 ildir ölkəsində - “Popo”da futbolun sirlərini öyrənən Səməd artıq “Qarabağ”la münasibətləri rəsmiləşdirib.

O, əvvəlcə Ağdam klubunun akademiyasında çıxış edəcək. Səməd növbəti mövsüm “Qarabağ”ın U-18 komandasının formasını geyinəcək.

“Popo” keçidlə bağlı rəsmi məlumat da yayıb. Klub Səmədin “Qarabağ”a transferini istedadla yanaşı, fədakarlığın, zəhmətin və intizamın bəhrəsi adlandırıb.

Ağdam təmsilçisinin futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev Sportinfo.az-a bildirib ki, pakistanlı gənc yaxşı perspektiv vəd edir:

“Əbdül Səməd 3 gün ərzində baxışdan keçdi. Yarımmüdafiə xəttinin müxtəlif yerlərində oynaya bilir.

Biz onu bir müddətdir izləyirdik. Özü də “Qarabağ“a gəlməyi çox istədi.

O. 17 yaşlılardan ibarət komandamızda forma geyinəcək. Yavaş-yavaş yuxarı qalxa bilər.

Əsas komandamıza düşəcəkmi? Bunu indi proqnozlaşdırmaq çətindir.

Hər şeyi zamanla görəcəyik. Amma onun yaxşı bacarıqları var“.

Digər Xəbərlər
Xəbər Lenti