II Liqada mübarizə aparan «Şəmkir»in yeni baş məşqçisi müəyyənləşib.
«Ağ-qırmızılar» qarşıdakı mövsümə Fərid Məmmədovla başlayacaq.
Gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.
O, ötən mövsüm də II Liqada çalışıb. «Qaradağ Lökbatan»da Qəzənfər Abbasovun köməkçisi işləyib.
Şəmkirin eyniadlı təmsilçisi Fərid Məmmədovun qarşısına konkret tapşırıq qoymayıb.
Ondan nə çempionluq istənilir, nə də yüksək yerlər uğrunda mübarizə aparmaq. Sadəcə, komanda turnir cədvəlinin orta sıralarında qərarlaşmalıdır.
Qərb təmsilçisi ölkənin titullu klublarından biridir. «Şəmkir» zamanında iki dəfə ölkə çempionu olub, kubok qazanıb.
SPORTİNFO.AZ
