Millimizin sabiq müdafiəçisi Türkiyə klubunda - RƏSMİ

5 Avqust 00:40 Bizimkilər 716
Millimizin sabiq müdafiəçisi Türkiyə klubunda - RƏSMİ

Yeni mövsümdən I Liqada çıxış edəcək "Karvan-Yevlax" Elvin Yunuszadə ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.

Ötən ilin yayından Yevlax təmsilçisində çıxış edən 33 yaşlı arxa xətt oyunçusu komandada 19 oyun keçirib.

Yunuszadə karyerasını Türkiyədə davam etdirəcək. TFF I Liqa təmsilçisi "Boluspor" ilə müqavilə bağlayıb

Azərbaycan millisinin sabiq üzvü "Neftçi", "Qarabağ", "Sabah", "Səbail" və "Qəbələ"də də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM