“Barselona”nın qapıçısı Xuan Qarsiya klubun “Atletiko”nun hücumçusu Xulian Alvaresə marağı ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Düşünürəm ki, Alvares fantastik oyunçudur. Futbolu sevən və oyununu izləyən hər kəs Alvaresin nə qədər güclü futbolçu olduğunu anlayır.
Amma “Barselona”nın onun üçün nə qədər pul ödəməli olduğuna mən qərar vermirəm. Əminəm ki, klub bütün kuboklar uğrunda mübarizə aparacaq güclü heyət qurmaq üçün əlindən gələni edəcək”.
“Barselona” Alvares üçün “Atletiko”ya təxminən 100 milyon avro təklif edib. Lakin Madrid klubu argentinalı hücumçunu La Liqadakı rəqibinə satmağa isti yanaşmır.
