Yuri Vernidubun istədiyi iki əcnəbi transfer tapıldı - SON DƏQİQƏ

14:00 Neftçi 314
Yuri Vernidubun istədiyi iki əcnəbi transfer tapıldı - SON DƏQİQƏ

"Neftçi" yeni mövsümə iddialı başlamaq yolunda transfer çalışmalarını davam etdirir.

"Ağ qaralar"ın azarkeşlərini sevindirəcək xəbər əldə etmişik.

Hazırda iki əcnəbi futbolçunun transferi gündəmdədir.

Danışıqların son mərhələdə olduğunu deyə bilərik.

Adlarını hələ dəqiqləşdirə bilmədiyimiz yenilərin mövqeləri barədə isə məlumatlıyıq.

Yolüstündə olan əcnəbilərdən biri sol ayaqlı vingerdir. Hər iki cinahda oynamaq bacarığı ilə seçilir.

Digəri isə mərkəz yarımmüdafiəçisidir. "8 nömrə" mövqeyində çıxış edir.

Yuri Vernidubun istəyi əsasında həyata keçirilən bu transferlərlə məqsəd hücum potensialını daha da gücləndirməkdir.

Ən qısa müddətdə klub yeni transferini ictimaiyyətə açıqlayacaq. Mövsümün startına kimi barəsində danışdığımız iki legioner ukraynalı mütəxəssisin sərəncamında olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti