Ailəsi burada yaşamaq istəmədi, gedişinə İCAZƏ VERİLDİ

4 Avqust 21:20 Zirə 1 854
Ailəsi burada yaşamaq istəmədi, gedişinə İCAZƏ VERİLDİ

“Zirə” Brahim Konateylə yollarını ayırıb.

Fransızla gələn ilin yayında bitəcək müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Adıçəkilən vinger 2025-ci ilin yayından "Zirə"də çıxış edirdi. O, bura "Şamaxı"dan gəlmişdi.

Bu ayrılıq Konatenin xahişi ilə rəsmiləşib. 30 yaşlı legioner ailəsinin daha burada yaşamaq istəmədiyini,

Fransaya qayıtmağı planlaşdırdıqlarını bildirib və kontraktın pozulmasına razılıq verilməsini təveqqe edib.

Baş məşqçi Rəşad Sadıqov şəxsi səbəblərdən irəli gələn müraciəti müzakirəyə çıxarmadan müsbət cavablandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə