“Neftçi”yə gələn hücumçunun klubuyla anlaşdı

16:40 Hadisə 390
“Neftçi”yə gələn hücumçunun klubuyla anlaşdı

Ötən mövsüm “Karvan-Yevlax”ın uğurları üçün tər tökmüş daha bir futbolçu özünə iş yeri tapıb.

Samuel Duurant karyerasını Kiprdə davam etdirəcək.

Şri-Lanka millisinin 24 yaşlı üzvü sözügedən ölkənin 2-ci liqasında mübarizə aparan “Paralimni” klubu ilə müqavilə bağlayıb.

Sözləşmənin müddəti 1 illikdir.

“Paralimni” adı azərbaycanlı futbolsevərlərə tanışdır. “Neftçi”nin hücumçusu Bassala Sambu 2025-ci ilin əvvəlində məhz bu klubu tərk edərək “ağ-qaralar”a müqavilə bağlamışdı.

Kayl Spens ötən mövsüm “Karvan-Yevlax”ın heyətində meydana çıxdığı 30 oyunda 3 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti