Nazir beynəlxalq arenada medal qazanan idmançılarla söhbətləşdi

4 Avqust 03:20 Digər növlər 329
Nazir beynəlxalq arenada medal qazanan idmançılarla söhbətləşdi

Gənclər və idman naziri Fərid Qayıbov iyul ayı ərzində Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ötən ay ərzində beynəlxalq arenalarda qazanılan nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Ardınca nazir Fərid Qayıbov idmançıları yüksək göstəriciləri münasibətilə təbrik edib və onlara gələcək yarışlarda müvəffəqiyyət arzulayıb.

Görüş zamanı müxtəlif idman növləri üzrə idmançılar iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri medallar barədə ətraflı məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançılara göstərdikləri yüksək nəticələrə görə təşəkkür edib, qarşıdakı yarışlarda hər birinə yeni qələbələr arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"