«Qarabağ» bu gün yeni əməkdaşlığa başlayıb.
Ağdam klubu Azərbaycan İdman Akademiyası ilə işbirliyi qurub.
Tərəflər arasında aparılan danışıqların yekununa əsasən, akademiyasının 4 nəfərdən ibarət müəllim heyəti «köhlən atlar»ın məşqçilərinə seminar keçəcək və mühazirə oxuyacaq.
Bu, avqustun 25-dək davam edəcək. Qarşıdakı müddət ərzində 7 belə tədbir keçiriləcək.
«Qarabağ»ın əsasən akademiyasında çalışan mütəxəssisləri 4 mövzuda leksiya dinləyəcək.
«Liderlik və kommunikasiya», «Klub-valideyn münasibətləri», «Uşaq hüquqları» və «Yeniyetmələrin məşqçiləri üçün metodoloji pedaqoji yanaşmalar» istiqamətində söhbət açılacaq.
SPORTİNFO.AZ
