Emreli Ekstraklasada 59 aydan sonra qol vurdu

02:00 Bizimkilər 11
Emreli Ekstraklasada 59 aydan sonra qol vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni komandası “Rakuv”da növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, İyulun 23-də Konfrans Liqasında “Valletta” ilə oyunda fərqlənən 29 yaşlı hücumçu dünən Polşa Ekstraklasasında “Slask”a məğlub olduqları görüşdə (1:2) hesabı açıb.

Emreli bununla uzun fasilədən sonra Polşa çempionatında adını tabloya yazdırmağı bacarıb.

O, 2021-22 mövsümünün ilk yarısında formasını geyindiyi “Legiya”nın heyətində ümumilikdə 11, ölkə çempionatında isə 2 qol vurmuşdu.

Maraqlıdır ki, Mahir Ekstraklasada axırıncı dəfə məhz hazırkı komandası “Rakuv”u cəzalandırmışdı. Bu isə 2021-ci ilin 25 sentyabrına təsadüf edib. Bu isə o deməkdir ki, Emreli Ekstraklasada 59 aydan sonra qol vurub.

Həmyerlimiz “Legiya”nın heyətində bütün turnirlərdə sonuncu qol sevincini isə 2021-ci ilin oktyabrında “Napoli” ilə Avropa Liqası matçında yaşamışdı.

“Rakuv” Mahir Emrelini Almaniya “Kayzerslautern”indən icarəyə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Avqust 18:10 Çək və bizə göndər!
4 Avqust 03:00 Toy olacaq, toy!