Hansı klubun hədəfindədir? - “Mançester Siti”nin yarımmüdafiəçisi

00:10 İngiltərə 61
Hansı klubun hədəfindədir? - “Mançester Siti”nin yarımmüdafiəçisi

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş bu yay komandasını dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko” ingilis futbolçunun transferini nəzərdən keçirir.

Lakin Madrid klubunun yüksək maaş səbəbindən bu keçidi reallaşdırmaqda çətinlik çəkə biləcəyi bildirilir.

Komandanın baş məşqçisi Dieqo Simeone Qrilişi heyətdə rotasiya oyunçusu kimi görür. Amma yarımmüdafiəçinin həftəlik təxminən 300 min funt sterlinq maaşı transferin qarşısındakı əsas maneə hesab olunur.

30 yaşlı futbolçu 2025/26 mövsümünü icarə əsasında “Everton”da keçirib.

O, yayda “Mançester Siti”yə qayıtsa da, ayağından aldığı zədə səbəbindən mövsümün son hissəsini buraxıb və Asiya təlim-məşq turunun heyətinə daxil edilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Avqust 18:10 Çək və bizə göndər!
4 Avqust 03:00 Toy olacaq, toy!