"Neftçi" Avropa səhnəsini qələbə ilə tərk elədi - VİDEO

31 İyul 02:20 Neftçi 470
"Neftçi" Avropa səhnəsini qələbə ilə tərk elədi - VİDEO

"Neftçi" Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Yuri Vernidubun komandası Minsk "Dinamo"su ilə Bolqarıstanda qarşılaşıb.

Bolqarıstanın Staro-Zaqora şəhərindəki “Beroe” stadionunda oynanılan görüşdə "Neftçi" 1:0 hesabı ilə qalib gəlib.

Komandalar arasında ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatdığından mərhələni Minsk klubu adlayıb. "Neftçi" isə mübarizəni dayandırıb.

"Dinamo" (Minsk, Belarus) - "Neftçi" (Azərbaycan) 0:1

Qol: Breno Almeyda, 12

Qırmızı vərəqə: Mamadu Sako, 90+4 ("Neftçi")

Digər Xəbərlər
Xəbər Lenti