Bordinin qovulması "Neftçi"yə təsir edəcək, ya yox?

23 Yanvar 2020 20:25 Neftçi 836
Bordinin qovulması "Neftçi"yə təsir edəcək, ya yox?

Bilindiyi kimi, Roberto Bordinlə müqaviləyə vaxtından əvvəl xitam verən "Neftçi"nin sükanı arxasına Füzuli Məmmədov keçib.

Sportinfo.az xəbər verir ki, o, mövsümün sonunadək baş məşqçi səlahiyyətlərini yerinə yetirəcək.

Gənc çalışdırıcı Kiyev "Dinamo"su ilə yoxlama oyunu (1:2) və digər məsələlər baədə Antalyada olan həmkarlarımızın suallarını cavablandırıb.

- Çətin rəqibə qarşı görüş necə alındı? Komandanı qısa müddətdə necə hazırlaya bildiz?
- İlk oyunum idi və bilirdik ki, çətin olacaq. Çünki güclü komanda ilə qarşılaşırdıq. Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Ümumilikdə oyundan razıyam. Əlbəttə, qarşıda məqşlərimiz var, təlim-məşq toplanışı davam edir, səhvlərimiz üzərində durmadan çalışacağıq.

- Emin Mahmudovla Namiq Ələsgərov oyunun sonunda yorğun görünürdlüər. Onları meydanda saxlamağınız həmin epizodlara fərqli yanaşmağınıza görə idi, yoxsa əvəzetmə yox idi?
- Düşünmürəm ki, yorğun, ağır görünürdülər. Ən yaxşı oyunlarından birini göstərdilər. Nəzərə alın ki, təlim-məşq toplanışındayıq, ağır məşqlər keçirik. Futbolçular ağır yükləmədən sonra meydana çıxmışdılar. Rəqib də hər hissə iki tam fərqli heyətlə oynadı, daha gümrah idi. Bizim futbolçular xarakter göstərdilər. Yorğun halda xarakter göstərərək sonadək oynamalarını görmək istəyirdim. Namiq çox yaxşı görünürdü. Emin də komandanın "beyni"di.

- Nəhayət, cinahlardan yerlə ötürmələr gördük. Tapşırıq belə idi, yoxsa sadəcə, təsadüfən belə alındı?
- Təsadüf deməzdim. Çünki bizim futbolçuların hamısı keyfiyyətlidi. Onlar başa düşürlər ki, hansı epizodda necə ötürmələr edəcəklər. Bilirdik ki, bizə qarşı oynayan rəqiblərin heyətində atletik, fiziki hazırlıqlı, ucaboy futbolçular yer alıb. Bu üzdən ötürmələri Dabonun, Namiqin qarşısına yerlə edək ki, qol vurmaq imkanımız olsun. Əlbəttə, hələ bunun üzərində çalışacağıq. Təsadüfi hücumlar olmayacaq. Müdafiəmiz də, hücumumuz da taktiki cəhətdən düşünülmüş olacaq.

- Roberto Bordinin istefaya göndrilməsi komandaya təsir edəcək, ya yox?
- İnşallah, qarşıda zaman var. Oyunumuzu daha yaxşı etməyə çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti