“Neftçi” daha çox... - FOTO

9 Dekabr 2019 14:32 Neftçi 639
“Neftçi” daha  çox... - FOTO

Azərbaycan Premyer Liqası ikinci dövrənin ən yaxşı komandası bəlli olub.Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, II dövrənin 7 turunda baş tutan 28 matçda “Neftçi” daha çox – 14 xal toplayıb.

Rəqiblərindən daha çox qələbə qazanmaqla yanaşı, ən çox qol vuran və ən az top buraxan komandadır. “Keşlə” 12, “Sumqayıt” isə 11 xal qazanıb.

Çempionatın lideri “Qarabağ” “Neftçi” və “Keşlə” kimi yalnız bir dəfə uduzub. Lakin ağdamlılar hamıdan çox heç-heçə ediblər.
Dövrədə qələbə qazanmayan yeganə komanda “Səbail”dir.

Bakılılar 7 matçda 2 qol vurub, 2 xal yığıblar. I dövrənin qalibi “Qarabağ” olub. Ağdam klubu 7 oyunda 7 qələbə qazanıb.

1 Neftçi 7 4 2 1 14 - 5 14
2 Keşlə 7 3 3 1 10 - 9 12
3 Sumqayıt 7 3 2 2 13 - 11 11
4 Qarabağ 7 2 4 1 7 - 6 10
5 Zirə 7 2 3 2 12 - 13 9
6 Qəbələ 7 2 2 3 11 - 10 8
7 Sabah 7 2 2 3 9 - 11 8
8 Səbail 7 0 2 5 2 - 13 2
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!