"Neftçi"nin prezidenti 200 manatı məşqçilərə çox gördü

3 Dekabr 2019 20:01 Neftçi 1 162
"Neftçi"nin prezidenti 200 manatı məşqçilərə çox gördü

"Neftçi"nin futbol akademiyasında çalışan məşqçilər əməkhaqlarının artırılması xahişi ilə klub rəhbərliyinə müraciət edib.

Bu barədə Sportinfo.az-a paytaxt təmsilçisindən məlumat verilib.

Redaksiyamıza daxil olan xəbərdə bildirilib ki, maaşlarının qaldırılmasını istəyənlər əsasən C və B kateqoriyalı məşqçilərdir.

Uşaq futbolunda işləyənlər məvaciblərinin dekabrın 1-dən 500 manat deyil, 700 manat olmasını istəsələr də, prezident Kamran Quliyevlə idman direktoru Ceyhun Sultanov arasında məsləhətləşmədən sonra onlara rədd cavabı verilib.

Məşqçilərin nəzərinə çatdırılıb ki, klubun maaş artımı etməyə imkanı çatmır.

Digər Xəbərlər
Xəbər Lenti