“Neftçi”nin qapıçısı istəyinə çatdı, Qazaxıstandan ona pul göndərildi

19 Fevral 21:20 Neftçi 3 395
“Neftçi”nin qapıçısı istəyinə çatdı, Qazaxıstandan ona pul göndərildi

Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Emil Balayev sosial şəbəkə hesabında paylaşım edib.

29 yaşlı kiper idman vəkili Elcan Həsənli ilə fotosunu paylaşaraq ona təşəkkür edib.

Elcan bəylə əlaqə saxladıqda məlum oldu ki, təşəkkür mesajı boşuna deyil. Belə ki, Balayev vaxtilə şərəfini qoruduğu Qazaxıstanın “Turan” klubundan almalı olduğu pula sahib olub.

Emil ötən il vəkili vasitəsi ilə FİFA-ya müraciət ünvanlamış, ali futbol qurumu “Turan” klubuna qapıçıya müqavilədə göstərilən maaş və bonusların ödənilməsinin vacibliyini tapşırmışdı.

Qazaxıstan təmsilçisi deyilən vaxta qədər vəsaiti köçürmədiyindən, qurumun Mübahisəli Məsələlərin Həlli Palatasına növbəti dəfə müraciət olunmuş, FİFA bu dəfə “Turan”a transfer qadağası qoymuşdu.

Çıxılmaz vəziyyətə düşən sözügedən klub yeni transferlər gerçəkləşdirmək üçün həmyerlimizə borclu olduğu pulu, üstəlik, geridə qalan müddətdə yığılan faiz borclarını və təzminatı tam şəkildə ödəyib.

Bu barədə ətraflı məlumatı vəkil Elcan Həsənli saytımıza açıqlamasında bildirib.

Emil Balayev 2022-ci ilin ilk 6 ayında “Turan”ın sıralarında olub, cəmi 1 oyunda meydana çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"