Zaur Əzizov "Neftçi"yə fiasko yaşatmaq üçün gəlmişdi?

12 Avqust 2022 10:40 Neftçi 3 579
Zaur Əzizov "Neftçi"yə fiasko yaşatmaq üçün gəlmişdi?

Bu mövsüm Azərbaycanı avrokuboklarda yenə «Qarabağ» təmsil edəcək.

«Neftçi» ötən il olduğu kimi, bu dəfə də «Qarabağ»ı qitə arenasında tək buraxdı, yolun ortasına gəlib çatmamış «ağ bayraq qaldırdı».

Heyf bu klubun azarkeşlərindən, ona könül və ürək verənlərindən, qışın soyuğunda, payızın yağışınıda, yayın istisində tribunaya hərarət gətirənlərdən! Təəssüf, çox təəssüf!

Bu yay Azərbaycanın avrokuboklardakı təmsilçiləri arasında ən zəif rəqiblər «Neftçi»nin qismətinə çıxmışdı.

Öncə «Aris», ardınca «Rapid». «Zirə»nin bəxtinə düşən «Makkabi» (Təl-Əviv), «Qəbələ» ilə üz-üzə gələn «Fehervar» onlardan çox güclü idi, bunu heç mübahisə pridmetinə çevirməyə dəyməz.

Gəl ki, Zaur Əzizovun yanlış kadr siyasəti «Neftçi»ni avrokuboklarda irəli getmək şansından məhrum etdi.

Ötən ilin dekabrında aylıq 10 min manat əməkhaqqı qarşılığında «Qəbələ»ni paytaxt klubuna dəyişən, idman direktoru kimi mühüm vəzifəyə layiq bilinən, yeni iş yerində az qala prezident səlahiyyətlərinə yiyələnən, əlinin üstündə əl olmayan, əsas komandadan tutmuş ta akademiyaya kimi bütün sahələrə nəzarət paketinə sahiblənən Z.Əzizov, nə yazıq ki, ona bəslənən ümidləri doğrultmadı.

İki ay əvvələ - Samir Abasovu baş məşqçi postundan göndərənə kimi «pambıqla baş kəsmək» siyasəti yürüdən idman direktoru növbəti müddətdə çoxsaylı səhvlərlə yadda qaldı və bunu analiz etməyə də ərindi.

Reputasiyası birmənalı olmayan, Rumıniyanın ən qalmaqallı məşqçisi kimi ad çıxaran Lorentsiu Regekamfpı ilin-günün bu vaxtında görəvə gətirmək səhv idi, hansı ki, biz hələ iyulun son günlərində - bu təyinatın açıqlandığı tarixdə gerçəyi əks etdirən proqnozlarla «Neftçi»ni gözləyən təhlükə barədə xəbərdarlıq eləmişdik.

Görməzdən gəldilər, diqqət yetirmədilər, «əşşi…» deyib, üstündən keçdilər. Ona görə ki, reallığı deyirdik, Zaur Əzizov və onunla bərabər addımlayanların «reallığı» isə tam başqadır,heç cür uzlaşmır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?