"Neftçi" ilk matçdakı səhvi bu gecə Vyanada təkrarlamasa...

11 Avqust 2022 19:40 Neftçi 677
"Neftçi" ilk matçdakı səhvi bu gecə Vyanada təkrarlamasa...

“Səfərə Bakıdakı hesabı qorumağa gəlməmişik”.

Kifayət qədər iddialı və inamlı açıqlamanın müəllifi “Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampfdır.

Bəli, təcrübəli mütəxəsis də anlayır ki, “Neftçi” bu səhvi Bakıda etdi və cəzasın çəkdi. Evdəki matçın ilk dəqiqələrində rəqibdən qorxan, sonradan toparlanıb rəqib qapısından 2 qol keçirən “Neftçi” davamını da gətirə bilərdi.

Şokda olan “Rapid”ə növbəti qolları da vurmaq an məsələsi idi. Bu gün səfərdə meydana daha rahat çıxmaq üçün. Lakin o an əldən qaçırıldı.

Nəticənin gətirdiyi məmunluq komandamızı müdafiədə oturmağa vadar etdi. Bunu rəqibin təzyiqi də deyə bilərik. İstənilən halda ya vəlvələdən, ya da zəlzələdən komanda müdafiə haqqında düşünməyə başladığı andan vyanalılar qarşısılanmaz olmağa başladı.Hücumlar bir-birini əvəzlədi.

İnid vurular, bir azdan vurular dediyimiz qol bəxtimizdən son dəqiqədə gəldi. Tez gəlsə, davamı da mütləq olacaqdı.

Bu gün Bakıdakı matçın ilk və son dəqiqəsi kimi matça başlamaq olmaz. Əks halda vəziyyət acınacaqlı ola bilər. “Baksel Arena”da gördük ki, rəqibə əl-qol açmağa aman versək, toparlanmaq müşkülə çevrilmiş olacaq.

Görünür, əcnəbi mütəxəssis də bu vacib detalı gözdən qaçırmayıb və arxada qalan həftədə futbolçularının beyninə həkk etməyə çalışıb. Ki, qorxmaq və müdafiədə oturmaq olmaz.

Necə həkk olduğunu bu gün Avstriyadakl 90, bəlkə də 120 dəqiqəlik mübarizənin sonunda görəcəyik.

Bəli, rəqib güclüdür, amma o qədər də qarşısıalnımaz super güc deyil. Şişirtməyə gərək yoxdur.

Yetər ki, komanda gözündəki qorxunu kənara ata bilsin. İlk matçdakı 50-60 dəqiqəlik inamlı mübarizəninin davamını bu gün ilk dəqiqələrdən “Allians arena”ya daşımaq mütləqdir. Əksəriyyətinin dediyi kimi, bu rəqiblə oyunu müdafiədən qurmaq yox, müdafiəni hücumdan qurmaq zərurətdir. İlk matç “Ağ qaralar” üçün dərs olmalıdır. Qalır dərsdən yetərli nəticəni çıxarmaq.

O zaman əmin olun ki, pley-off üçün yetərli nəticə gələcək və mütləq gələcək.

XANOĞLAN İMANAOV

Digər Xəbərlər
Xəbər Lenti