“Neftçi” qalib gəldi, bu 3 NƏFƏR GÜNAHKAR OLDU

5 Avqust 2022 20:00 Neftçi 2 391
“Neftçi” qalib gəldi, bu 3 NƏFƏR GÜNAHKAR OLDU

“Neftçi” – “Rapid”lə görüşdən 2:1 hesablı qələbə ilə ayrıldı.

Rəqibin son saniyələrdə “ağ-qaralar“ın qapısından keçirdiyi qol yerinə düşmədi.

Elə buna görə də azarkeşlər stadiondan sevimli komandalarının qələbə qazanması yox, məğlub olması təəssüratı ilə ayrıldı.

Hakimin final fitinə az qalmış bakılıların qapısına vurulan qola görə tənqid atəşinə tutulanlar meydana sonradan daxil olan Azər Əliyev, Fərid Yusifli, Ömər Buludov və Rəhman Hacıyev idi.

Xüsusən də Rəhmanın buraxılan qoldan bir neçə saniyə öncə topu vaxtında uzaqlaşdırmaması onu “xalq düşməni” sayılmasına gətirib çıxardı.

Oyun başa çatandan sonra “Neftçi”nin sosial şəbəkə hesablarında rəqibin hesab arasındakı fərqi azaltmasının əsas səbəbkarı kimi Hacıyevin göstərilməsi diqqətdən yayınmadı. Qınananlar arasında Azər Salahlı ilə Mamadu Mboc da var.

Azarkeşlərin narazılığı müxtəlif cürdür:

“Rəmanı göndərin həvəskarlar liqasına”.

“Günahın hamısı Mbocdadır. Yalandan yerə yıxılıb vaxt uzadırdı. Ona görə də hakim 1 dəqiqə əlavə etdi. Rəhmandan isə heç vaxt oyunçu olmayıb”.

“Rəhman...”.

“Rəhmanı rədd edin getsin”.

“Azər Salahlı nə oynayır, özü də bilmir. Kobud səhvindən qol buraxdıq”.

“Təbriklər! İndi bildim Samir Abasov Rəhmanı niyə istəmirdi. Uğurlar!”

“Azər Salahlını məşqdə şikəst edin ya da yeməyinə zəhər qatın ki, oyuna çıxmasın. Qolu da ona görə “yedik”.

“Mbocla Azərin yerinə yeni oyunçular mütləq lazımdır. Çox səhvlər edirlər”.

“Rəhman oyunu əldən verdi. Elə bil zalım oğlu 90 dəqiqə meydanda idi deyə, yeriyə bilmirdi. Rəhmanın səhvi cavab matçında çox bilinəcək”.

“Oyunu necə zibil etmək lazımdırsa, Rəhman göstərdi”.

“Azər Salahlı həm müdafiədə, həm də hücumda səhvlər edir. Top itirir, mövqe səhvi edir, hücuma yaxşı qoşula bilmir”.

“Hamını əsəbləşdirdin, ay Rəhman. Tərgit futbolu!”

“Rəhmanı qovun klubdan”.

“Azərlə Rəhman meydanda olmasaydı, “Neftçi” rahat 3:0 udacaqdı oyunu”.

“Rəhman bu boyda əziyyəti heç elədi”.

“Azərlə Mbocu qovmaq lazımdır”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!