Ceyhun Sultanov “Neftçi” üçün transfer etdi

26 İyun 2022 14:00 Neftçi 2 679
Ceyhun Sultanov “Neftçi” üçün transfer etdi

Ceyhun Sultanov vaxtilə çalışdığı “Neftçi”ilə münasibətlərini bərpa edib.

2020-ci ilin noyabrında idman direktoru postundan istefa verən funksioner paytaxt təmsilçisinin transfer çalışmalarında pay sahibi olub.

Hələ bu ilin əvvəlində – Antalya səfərində klubun prezidenti Kamran Quliyevlə barışmış Sultanov yaxın dostuna Qodsvey Donyonun transferində köməklik göstərib.

“Ağ-qaralar“ onun meneceri olduğu qanalı ilə 2 il müddətinə müqavilə bağlayıb. 27 yaşlı forvard 11 nömrəli formanı geyinəcək.

Qananın “Right to Dream” akademiyasının yetirməsi olan Donyo oranı bitirəndən sonra – 2013-cü ildə “Mançester Siti”yə gətirilib.

Mançester təmsilçisi onu əvvəlcə İsveçin “Yurqorden” (2013), daha sonra “Falkenberq” (2014-2015) klublarına icarəyə verib.

Ardından Danimarka “Norşelland”ına (2016-2020) transfer olunan ön xətt oyunçusu 2020-ci ildə Almaniyada “Dinamo”ya (Drezden) icarəyə verilib.

Sonuncu klubu “Makkabi” (Hayfa, 2020-2022) ilə İsrail çempionatının (2021, 2022), Liqa Kubokunun (2022) və Superkubokunun (2021) qalibi olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti