“Neftçi”nin məşhur azarkeşi tribunadan niyə uzaq düşüb? – ÜZÜCÜ XƏBƏR

21 May 2022 19:20 Neftçi 982
“Neftçi”nin məşhur azarkeşi tribunadan niyə uzaq düşüb? – ÜZÜCÜ XƏBƏR

“Neftçi”nin son iki oyunda məğlub olmasından və “Qəbələ”yə məğlubiyyətdən sonra baş məşqçi Samir Abasovun azarkeşlərin ünvanına səsləndirdiyi fikirlərdən sonra tanınmış azarkeşin sorağı eşidilmədi.

“Ağ-qaralar”ın az qala hər uğursuzluğuna mətbuatdan və sosial mediadan reaksiya bildirən “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev bu dəfə nədənsə susmağı üstün tutdu.

Əliyev xeyli vaxtdır zənglərimizi cavabsız qoyur, hadisələrə reaksiya vermir. Və ən maraqlısı tribunalarda görünmür.

Düşünmək olardı ki, son vaxtlar “Neftçi”də və ətrafında yaşananlar illərini tribunaya qurban verən stajlı fanatı futboldan küsdürüb.

Ya da klub və komandada hansısa dəyişikliklərin olacağına dair mesaj aldığından susmağı üstün tutur.

Lakin məsələnin izinə düşüb maraqlananda əsl səbəbi öyrənmək mümkün oldu.

Məlum oldu ki, azarkeş qrupunun rəhbəri 1 aya yaxındır Azərbaycanda yoxdur.

Yaxınlarından birinin səhhətində yaranmış ciddi problemlə bağlı Türkiyəyə yollanıb və artıq neçə vaxtdır qardaş ölkədədir. Qısa zamanda Bakıya dönəcəyi inandırıcı görünmür.

Tribunanın məşhur simasının xəstə doğmasına Allahdan şəfa, özünə isə səbr diləyirik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!