"Bir oyundan sonra "Neftçi"də baş məşqçi olmaya bilərəm"

15 May 2022 19:50 Neftçi 860
"Bir oyundan sonra "Neftçi"də baş məşqçi olmaya bilərəm"

Azərbaycan Premyer Liqasında XXVII turun “Zirə” – “Neftçi” (1:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

"Rəqibi təbrik edirəm. Avrokuboka vəsiqə qazandılar. Bir stimul qalmayanda komandanı kökləmək, hazırlamaq çətin olur. Buna baxmayaraq, komanda yaxşı futbol göstərdi. Bu ssenarini gözləyirdik. Rəqib əks-hücumlarda və standart vəziyyətlərdə fərqlənə bilərdi. Büytün futbolçular meydanda can qoydular. Gərgin matç alındı. Oyun heç nəyi həll etməsə də, yaxşı oyun göstərmək istəyirdik. Məğlubiyyətə görə paltardəyişmə otağında həddən artıq əsəbi idilər".

- Azarkeşlər sanki daha aqressiv görünürdülər. Onlardan üzr istəməyi düşünürsüz?
- Məncə, bu gün daha sakit idilər. 1-2 dəfə mən də eşitdim, sonradan olmadı. Sual verdiz deyə, cavablandırım. Buna izah vermişəm. Azarkeşlərlə şəxsən telefonda danışmışam. Aramızda olan söhbəti özümüz həll edəcəyik, kənara çıxmayacaq. Azarkeşin istəyi normal bir şeydir. Bu söhbətə son qoymaq istəyirəm. Bir daha bu suala qayıtmayacam.

- Əhəmiyyəti qalmayan oyunlarda gənclərə şans vermək daha yaxşı olmazdı?
- Əksinə, lazımlı oyunlarda gəncləri oynatmışıq. İndi gəncləri oynatmaq gözdən pərdə asmaq olar. Həftə ərzində özünü yaxşı göstərənlərə daim şans vermişik. Statistikaya baxsaq, ən çox gənclərə şans verənlərdən biri də bizik. Lazım olanda cavana, yaxşılya baxmıram.

- “Neftçi”dəki fəaliyyətiniz dövründə nəticələri necə qiymətləndirirsiz?
- Qazandığımız nəticələri çox yaxşı hesab edirəm. Bu mövsümə çox çətin başladıq. Amma uzun məğlubiyyətsizlik seriyamız oldu, itkilərlə, rotasiyalarla 2-ci olduq. Keçən il də çempion olmuşuq. Məncə, ən yaxşısını bacarmışıq.

- Müqavilə müddətiniz başa çatır...
- Klub rəhbərliyi ilə danışmamışam. İdman direktoru Zaur Əzizovla müzakirələr aparırıq. Müqavilə məsələsinə mövsüm bitdikdən sonra baxılacaq. Müşahidə Şurası qərar verəcək. Saxlasalar, qalacağıq, göndərsələr də, normal qarşılayarıq.

- “Neftçi”də baş məşqçi məsələsinə aydınlıq gəlməməsi komandanın Konfrans Liqasındakı çıxışına necə təsir edəcək?
- Bu haqda klub düşünməlidir. Bir oyundan sonra baş məşqçi olmaya bilərəm.

- Növbəti oyununuz əzəli rəqib “Qarabağ”a qarşıdır...- Yenə də meydana ciddi itkilərlə çıxacağıq. Emin cəzalı duruma düşdü. Hakim həddən artıq sərt qərarlar verdi. “Qəbələ” ilə oyunda qapımıza penalti verilən epizoda oxşarı bu gün oldu, fit susdu. “Qarabağ”a qarşı mübarizə aparmalıyıq. Tələb olunan budur.

- Sizcə, baş məşqçi postunda qalmalısız?
- Ona yaxşı olar ki, siz hamınız cavab verəsiz.

- Qışda sizə ölkə xaricindən - İranın "Traktor" klubundan təklif olduğu barədə xəbər yayılmışdı. Bu məsələ aktualdır?
- Zəng gəlmişdi ki, kluba baş məşqçi lazımdır, biz sizi düşünürük. Mən də dedim ki, öncə kluba müraciət edin, mən "Neftçi"yə məxsusam. İndiki proseslər barədə danışmaq istəmirəm. Bu qalsın bir qırağa.

Digər Xəbərlər
Xəbər Lenti