“Neftçi”nin “gümüşü”nə sevinən məşhur “Qarabağ”ı təriflədi

15 May 2022 17:20 Neftçi 937
“Neftçi”nin “gümüşü”nə sevinən məşhur “Qarabağ”ı təriflədi

“Düzünü deməli olsaq, “Neftçi“ bu il çempionata rəng qatdı“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq hücumçusu Vaqif Cavadov deyib.

“Qarabağ“,“Bakı“,“Qəbələ“,“Xəzər Lənkəran“, “Sumqayıt“ kimi çoxsaylı klubların formasını geyinmiş və 2 il öncə karyerasını başa vuran forvard Premyer Liqanın gümüş medallarını özü üçün qarantiya edən “Neftçi“ haqda bunları söyləyib:

“Son 3-4 tura qədər çempionluq mübarizəsindən qopmadılar, liderlər sırasında möhkəmləndilər. Əvvəlki illərdəki “Neftçi”ylə son 2 ildəki “Neftçi”yə baxanda, arada aşkar fərq görünür.

Komandada yaxşı mənada irəliləyiş var. Ümid edək ki, yayda Konfrans Liqasında uğurlu çıxışla yadda qalacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti