“Neftçi”dən iddialı açıqlama gəldi: “Onlardan heç biri bizim üçün...”

12 Oktyabr 2021 23:20 Neftçi 1 089
“Neftçi”dən iddialı açıqlama gəldi: “Onlardan heç biri bizim üçün...”

"Bizi qarşıda ciddi oyun gözləyir.

Matça çox yaxşı hazırlaşırıq və çalışacağıq ki, ardıcıl 4-cü qələbəmizi qazanaq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin portuqaliyalı legioneri Huqo Basto səfərdə "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının VII tur oyunu barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

27 yaşlı müdafiəçi "ağ-qaralar"ın hər oyuna qələbə üçün çıxdığını və yalnız qələbə haqqında düşündüklərini bildirib.

"Son altı oyuna nəzər yetirsək, onlardan heç biri bizim üçün asan keçməyib. Hər biri çətin alınıb.

Yalnız qarşıdakı oyunlara köklənirik. Öz üzərimizdə işləyirik ki, sonda istədiyimiz nəticələri qazanaq".

Oktyabrın 17-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Neftçi" matçı saat 16:30-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"