"Allah bizə "Neftçi"də ömür versin - Yüz faiz qruplara düşəcəyik"

19 Sentyabr 2021 20:56 Neftçi 1 495
"Allah bizə "Neftçi"də ömür versin - Yüz faiz qruplara düşəcəyik"

"Yeni gələn transferlərimiz yavaş-yavaş ritmə düşürlər".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının IV turunda "Keşlə" ilə keçirilən oyundan sonra deyib.

"Bakcell Arena"da baş tutan qarşılaşmada "ağ-qaralar" 3:0 hesablı qələbəyə sevinib. Matçdan sonra təşkil edilən mətbuat konfransında Abasovun qalibiyyət şərhi belə olub:

"Hər oyundan sonra mətbuat konfranslarına baxıram. Amma məndən başqa heç kimə bu niyə oynamır, o niyə oynayır sualı verilmir.

Bizə yeni oyunçular qoşulub. Bəziləri üçün hətta bir hissə oynamağa da tam hazır deyil. Getdikcə hamısı formaya düşəcək.

Məşqlərdə oyuçuların hamısı rəqabət hiss edirlər. Bu gün Tyaqodan xoş hərəkətlər gördük. İnşallah, yaxşı olar.

Heç nə bir günə qurulmur. Allah bizə "Neftçi"də ömür versin, komandanı yüksək səviyyəyə çıxaracağımıza inanıram.

Ən azı mən qarşıma avrokubokların qrupuna düşmək məqsədi qoymuşam. Yüz faiz qruplara düşəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti