"Dünən meydanda fərqli HİK gördüm"

4 Avqust 2021 19:00 Neftçi 1 107
"Dünən meydanda fərqli HİK gördüm"

"Dünən "Neftçi"nin oyunu pis alınmadı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Avropa Liqasının III təsnifat mərhələsinin dünən baş tutan "Neftçi" - HİK (Helsinki) görüşü haqqında danışan futbol mütəxəssisi Yunis Hüseynov deyib.

Təcrübəli məşqçimiz rəqibin çıxışından təccübləndiyini etiraf edib: "Açığı, HİK-dən güc futbolu oynamaların gözləyirdim. Amma meydanda əksini gördüm. Topla çox yaxşı davranırdılar. Finlandiyada çempionat davam edir. Bu baxımdan taktiki və fiziki cəhətdən daha yaxşıydılar. Amma dünənki oyun HİK-də də yorğunluq hiss olunurdu. 3 gün əvvəl oyunları olmuşdu. Yorğunluq da bundan irəli gəlirdi".

56 yaşlı mütəxəssis dünənki bərabərliyin cavab oyununa ümid verdiyi qənaətindədir: "İlk hissədə rəqib yaxşı oynadı. Kollektiv şəkildə həm hücumda, həm də müdafiədə oynamağı bacarırdılar. İkinci hissə isə "Neftçi" futbolçuları fərdi şəkildə yaxşı göründülər. Arzu edək ki, səfərdən yaxşı nəticə ilə qayıdacağıq.

Dünənki heç-heçə səfər oyunu öncəsi ümid verir. Ancaq onu da deyim ki, rəqib pis komanda deyil. Futbol elə oyundur ki, burda hər şey ola bilər".

Digər Xəbərlər
Xəbər Lenti