"Olimpiakos" super komanda deyil"

27 İyul 2021 21:00 Neftçi 909
"Olimpiakos" super komanda deyil"

"Məncə, "Neftçi" "Olimpiakos"la səfərdə pis oynamadı. Oyun baxımından rəqibdən daha yaxşı oynadı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında təcrübəli mütəxəssis Novruz Əzimov deyib.

Əzimov sabahkı oyun öncəsi təmsilçimizin şanslarından da danışıb: "Cavab görüşündə "Neftçi"nin mərhələ keçmək şansı var. Düzdür, ilk oyunda bəzi zərbələr çərçivəyə getməsə də, "Neftçi" pis oynamadı. Uduzsa da, 0:1 elə bir hesabdır ki, revanş üçün şans qalır".

"Bakı"nın sabiq çalışdırıcısı "Olimpiakos"la qarşılaşdıqları oyunu yada salıb: "Bakı" ilə bir neçə il əvvəl "Olimpiakos"a qarşı oynamışdıq. Mən indi də oyunlarında eyni şeyi gördüm. Kombinasiyalı hücumlara yox, cinahdan asmalara üstünlük verirlər. Rəqib super komanda deyil. Nizam-intizam yaxşı olarsa, cavab görüşündə üstünlük əldə etmək olar".

Digər Xəbərlər
Xəbər Lenti